fim.az

Deputat: “Sənaye parkları qeyri-neft sektorunun inkişafında müstəsna rol oynamağa başlayıb”

15-09-2020, 15:33

Deputat: “Sənaye parkları qeyri-neft sektorunun inkişafında müstəsna rol oynamağa başlayıb”


Respublika ərazisndə sənaye məhəllələrinin yaradılması və fəaliyyəti ölkədə qeyri-neft sektorunun inkişafında müstəsna rol oynamağa başlayıb.
Bunu açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məşhur Məmmədov deyib.

Onun sözlərinə görə, bunu 2020-ci ilin birinci yarısındakı iqtisadi göstəricilər deməyə əsas verir. “Cənab Prezidentin vaxtında sənaye məhələllərinin və parklarının yaradılması ilə bağlı atdığı addımlar nəticəsində ölkənin qeyri-neft sektorunun inkişafına öz töhfəsini verməkdədir. Yeni sənaye məhəllələrinin yaradılması, müasir tələblərə cavab verən texnologiyaların ölkə iqtisadiyyatında tətbiqi 4-cü sənaye inqilabının baş verdiyi bir vaxtda ən ciddi məqamlardan biridir”- deputat qeyd edib.
Millət vəkili əlavə edib ki, Sumqayıt Kimya Sənaye Parkınının və digər parkların, sənaye məhəllələrinin yaradılması təkcə ölkənin sənaye, qeyri-neft sektorunun inkişafına olan diqqət və qayğı deyil, bu eyni zamanda əhalinin sosial rifah halında yaşamasına xidmət edən addımlardır: “Sənaye parkları və məhəllələrinin yaradılması ölkə iqtisadiyyatının yeni dövrün tələblərinə uyğun şəkildə qurulmasına, inkişaıfna, yeni iş yerlərinin açılmasına və nəticədə insanların sosial rifah halında yaşamasına xidmət edir”.

Sumqayıt Kimya Sənaye Pakrı tərkibində Peşə Təhsili Mərkəzinin açılmasının əhəmiyyətini qeyd edən millət vəkili bildiirb ki, bu məktəb yeni gənc nəslin müasir dövrün tələblərinə uyğun şəkildə peşəkar kadr kimi yetişməsində xüsusi rol oynayacaq. “Bu məktəbin xüsusi cəhəti ondan ibarət olacaq ki, burada təhsil alan gənclər nəzəri biliklərini praktikada tətəbiq etmək imkanları əldə edəcəklər. Artıq iqtisadiyyat yeni dövrün tələblərinə qurulduğuna görə yeni peşələr yaranıb. İndi Azərbaycan iqtisadiyyatında belə gənc peşə sahiblərinə ciddi ehtiyac var. Belə bacarıqlı peşə sahiblərinə təkcə bizdə deyil, ümumiyyətlə dünyada ciddi ehtiyac duyulur. Ölkə başçısının göstərişi ilə fəaliyyətə başlayacaq Sumqayıt Peşə Təhsili Mərkəzi də gənclərimizin müasir peşələrə yiyələnməsində xüsusi rol oynayacaq. Bu məktəb yeni gənc nəslin yetişməsində öncül yeri tutacaq”- deputat qeyd edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 426}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22