fim.az

Yağış nə vaxt kəsəcək?

9-08-2019, 10:55

Yağış nə vaxt kəsəcək?

“Yağışın günün ikinci yarısında kəsiləcəyi gözlənilir”.

“Qafqazinfo”ya bu barədə məlumatı ETSN-in Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva verib. O bildirib ki, artıq sabahdan yağmursuz hava şəraiti bərqərar olacaq:

“Gözlənildiyi kimi, bu gün günün birinci yarısında Bakı və Abşeron bölgəsində yağış müşahidə olunur. Son illərdə bu proses avqust ayının 9-da 2009-cu ildə qeydə alınıb. Həmin gün 6 mm miqdarında yağış yağıb ki, bu da aylıq normanın 98%-ni təşkil edir. Son dəfə isə 2013-cü ilin avqustun 9-da 7 mm miqdarında yağış yağıb, bu da aylıq normaya bərabərdir. Avqust ayı üçün anomal sayılan hava şəraitidir, lakin bəzi illərdə belə proseslər müşahidə olunub.

Qısamüddətli prosesdir. Günün ikinci yarısında həmin bulud sistemi ölkə ərazisini, əsasən də Abşeron yarımadasını tərk edəcək. Onu da qeyd edim ki, yağışlı hava bütün ölkəni əhatə etmir. Yalnız respublikanın şimal və şərq rayonlarında, ən intensiz formada isə Abşeron yarımadasında müşahidə olunur”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 286}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22