fim.az

Yasamalda səfirlik attaşesi qəzaya düşdü

19-08-2019, 10:29

Yasamalda səfirlik attaşesi qəzaya düşdü

Dünən saat 17:30-da Yasamal rayonu, Tbilisi prospektində yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”ya daxil olan məlumata görə, 1976-cı il təvəllüdlü Şaiq İbrahimovun idarə etdiyi “Mercedes” markalı 90-NO-987 dövlət qeydiyyat nişanlı avtomobillə Misir səfirliyində attaşe işləyən 1984-cü il təvəllüdlü Ahmed Mohamed Fathenin idarə etdiyi səfirliyə məxsus “BMW” markalı 012D004 dövlət qeydiyyat nişanlı avtomobillər toqquşub.

Hadisə nəticəsində xəsarət alan olmayıb, avtomobillərə maddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 348}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22