fim.az

Bakıda “Mercedes” “Range Rover”ə çırpıldı, yaralı var – VİDEO

27-08-2019, 09:45

Bakıda “Mercedes” “Range Rover”ə çırpıldı, yaralı var – VİDEO

Suraxanı rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Heydər Əliyev prospektində, Hava Limanı istiqamətində Nəbiyev İlkin Yaqub oğku idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə hərəkərdə olarkən anidən idarəetməni itirib.

Suraxanı Rayon Polis İdarəsindən Oxu.Az-a verilən məlumata görə, idarəetmədən çıxaq nəqliyyat vasitəsi yol kənarında dayanmış vəziyyətdə olan və Elçin İsmayılova məxsus “Range Rover” markalı minik avtomobilinə çırpılıb.

Qəza zamanı “Mercedes”də olan sərnişin, 1956-cı il təvəllüdlü Mustafayeva Gülsəfa Qarakişi qızı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Əraziyə Suraxanı Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 357}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22