fim.az

Arvadı ilə dalaşan kişi özünü 4-cü mərtəbədən atdı

28-11-2019, 11:16

Arvadı ilə dalaşan kişi özünü 4-cü mərtəbədən atdı


Tərtər rayon sakini intihara cəhd edib.
Hadisə noyabrın 27-də baş verib. Belə ki, Tərtərin Yeni qəsəbəsində müvəqqəti məskunlaşan Kəlbəcər sakini, 1994-cü il təvəllüdlü Əli Məmmədov həyat yoldaşı ilə aralarında yaranmış ailə münaqişəsi zəminində sərxoş vəziyyətdə özünü yaşadığı binanın 4-cü mərtəbəsinin eyvanından yerə atıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Ə.Məmmədov Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, Ə.Məmmədov 2013-cü ildən ruhi əsəb xəstəlikləri dispanserində qeydiyyatdadır.

Faktla bağlı Tərtər rayon Polis Şöbəsində araşdırma aparılır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 358}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22