fim.az

Azərbaycanda 92 yaşlı qadın səhvən evi partlatdı

15-01-2020, 15:28

Azərbaycanda 92 yaşlı qadın səhvən evi partlatdı


Zaqatalada fərdi yaşayış evində partlayış baş verib.

APA xəbər verir ki, hadisə bu gün səhər saatlarında Zaqatala şəhəri İmam Şamil küçəsində qeydə alınıb.

Fərdi yaşayış evlərindən birində baş verən partlayışa qaz sızması səbəb olub. Belə ki, 1928-ci il təvəllüdlü Ayşə Məmmədova qaz sobasını yandırmaq istəyən zaman anidən yanğınla müşahidə olunan partlayış baş verib.

Nəticədə 92 yaşlı Ayşə Məmmədova müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Yaralı Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiririlib.

Faktla bağlı araşdırma aparılır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 243}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22