fim.az

Çempionlar Liqasında 29 qol – Nəticələr

8-11-2018, 10:42

Çempionlar Liqasında 29 qol – Nəticələr















Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin IV turunun digər oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, ikinci oyun günündə 8 qarşılaşma baş tutub.

Günün maraqla gözlənilən matçı İtaliyada tarixin yaddaşına qovuşub. “Yuventus” İngiltərənin “Mançester Yunayted” klubu ilə üz-üzə gəlib. III turda rəqibini səfərdə 1:0 hesabıyla yenən “Yuventus” “doğma divarlar” arasında yenilib.

Turnirin son qalibi İspaniyanın “Real Madrid” komandası isə səfərdə Çexiyanın “Viktoriya” (Plzen) kollektivinə 5 cavabsız qolla divan tutub. “Mançester Siti” “Şaxtyor”u Mançesterdə meydana çıxdığına peşman edibsə, ilk yarıda 2 top vuran “Lion” “Hoffenhaym”ı üstələməyi bacarmayıb.

Qeyd edək ki, A, B, C və D qruplarında IV turun oyunları ötən axşam baş tutub.

Çempionlar Liqası
2018/19 mövsümü
IV tur, 7 noyabr

E qrupu

Bavariya (Almaniya) – AEK (Yunanıstan) 2:0
Robert Levandovski, 31-p., 71
Benfika (Portuqaliya) – Ayaks (Hollandiya) 1:1
Conas, 29 – Tadiç ,61

F qrupu
Lion (Fransa) – Hoffenhaym (Almaniya) 2:2
Fekir, 19, Alvaro, 28 – Kramariç, 65, Pavel Kaderabek 90+2
Mançester Siti (İngiltərə) – Şaxtyor (Ukrayna) 6:0
David Silva, 13, Qabriel Xesus, 25-p., 72-p., 90+2, Rahim Sterlinq, 49, Riyad Mahrez, 84

G qrupu
Viktoriya (Çexiya) – Real (İspaniya) 0:5
Benzema, 21, 37, Kazemiro, 23, Beyl, 40, Kroos, 67
ÇSKA (Moskva, Rusiya) – Roma (İtaliya) 1:2
Siqurdsson, 51 – Manolas, 4, Pelleqrini, 59

H qrupu
Valensiya (İspaniya) – Yanq Boyz (İsveçrə) 3:1
Mina, 14, 42, Soler, 56 – Assale, 37
Yuventus (İtaliya) – Mançester Yunayted (İngiltərə) 1:2
Kriştiano Ronaldo, 65 – Xuan Mata, 86, Sandro 90 – avtoqol


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 445}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22