fim.az

Dasayev, Vəli Qasımov, Qazzayev, Nazim Süleymanov, Qurban Qurbanov — Bakıda pulsuz FUTBOL ŞOUSU

14-11-2018, 11:19

Dasayev, Vəli Qasımov, Qazzayev, Nazim Süleymanov, Qurban Qurbanov — Bakıda pulsuz FUTBOL ŞOUSU
















Noyabrın 15-də "Bayıl arena"da veteran futbolçu Vəli Qasımovun əlli illik yubileyi münasibətilə yoldaşlıq oyunu keçiriləcək.
"Ölkə.Az"ın məlumatına görə, qarşılaşmada Rusiya, Ukrayna, Portuqaliya və ispaniya kimi ölkələrin məşhur futbolçuları iştirak edəcəklər. Azərbaycan futbolunun ulduzları Nazim Süleymanov, Elxan Həsənov, Tərlan Əhmədov, Dmitri Kramarenko, Vəli Qasımov, Qurban Qurbanov, Əsgər Abdullayev, Samir Ələkbərov, Novruz Əzimov, Mahmud Qurbanov, Yaşar Vahabzadə, Vidadi Rzayev və Arif Əsədov əməkdar məşqçi Kazbek Tuayevin rəhbərliyi altında meydana çıxacaqlar.

Rəqib komandada isə Sergey Kiryakov, Xoakin Parra, Viktor Losev, Nikolay Pisarev, Adolfo Aldana, İ. Yakubovski, İ.Kolivanov, Raşid Raximov, Rinat Dasayev, Roberto Bordin, Valeriy Şmarov, Cande, Camacho kimi ulduz futbolçular məşhur rusiyalı mütəxəssis Valeri Qazzayevin baş məşqçisi olduğu komandada çıxış edəcəklər.
Qeyd edək ki, saat 17:00-da start fiti səslənəcək oyuna giriş sərbəstdir.

Dasayev, Vəli Qasımov, Qazzayev, Nazim Süleymanov, Qurban Qurbanov — Bakıda pulsuz FUTBOL ŞOUSU

Dasayev, Vəli Qasımov, Qazzayev, Nazim Süleymanov, Qurban Qurbanov — Bakıda pulsuz FUTBOL ŞOUSU


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 490}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22