fim.az

Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçiriləcək

22-08-2019, 09:41

Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçiriləcək

Bu gün Avropa Liqasında pley-off mərhələsinə start veriləcək.

APA-nın məlumatına görə, ilk oyunlar çərçivəsində 21 matç keçiriləcək.

Bu qarşılaşmalardan 8-i Çempionlar yolunda baş tutacaq. Qitənin ən nüfuzlu klub turnirinin uğursuzları arasında olan Azərbaycan çempionu “Qarabağ” Şimali İrlandiyada “Linfild”lə görüşəcək.

Əsas yolda isə 13 görüş keçiriləcək. Türkiyə təmsilçisi “Trabzonspor” səfərdə Kipr klubu AEK-lə qarşılaşacaq.

Avropa Liqası
Pley-off mərhələsi
İlk oyunlar
22 avqust
Çempionlar yolu

18:00. “Astana” (Qazaxıstan) – BATE (Belarus)
19:00. “Ararat” (Ermənistan) – “Düdelanj” (Lüksemburq)
21:00. “Suduva” (Litva) – “Ferensvaroş” (Macarstan)
21:30. “Ludoqorets” (Bolqarıstan) – “Maribor” (Sloveniya)
21:45. “Kopenhagen” (Danimarka) – “Riqa” (Latviya)
22:45. “Seltik” (Şotlandiya) – AIK (İsveç)
22:45. “Linfild” (Şimali İrlandiya) – “Qarabağ” (Azərbaycan)
23:00. “Slovan” (Slovakiya) – PAOK (Yunanıstan)

Əsas yol

21:00. “Malmö” (İsveç) – “Bney Yehuda” (İsrail)
21:30. “Feyenoord” (Hollandiya) – “Hapoel Bier-Şeva” (İsrail)
22:00. “Legiya” (Polşa) – “Reyncers” (Şotlandiya)
22:00. AEK (Yunanıstan) – “Trabzonspor” (Türkiyə)
22:30. “Strasburq” (Fransa) – “Ayntraxt” (Almaniya)
22:30. “Alkmaar” (Hollandiya) – “Antverpen” (Belçika)
22:30. “Styaua” (Rumıniya) – “Vitoriya” (Portuqaliya)
22:30. PSV (Hollandiya) – “Apollon” (Kipr)
22:30. “Gent” (Belçika) – “Riyeka” (Xorvatiya)
22:45. “Braqa” (Portuqaliya) – “Spartak” (Moskva, Rusiya)
23:00. “Torino” (İtaliya) – “Vulverhempton” (İngiltərə)
23:00. “Espanyol” (İspaniya) – Zarya” (Ukrayna)
23:00. “Partizan” (Serbiya) – “Molde” (Norveç)


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 393}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22