fim.az

Arda Gülər Avropa çempionatlarının tarixinə düşdü

19-06-2024, 09:31

Arda Gülər Avropa çempionatlarının tarixinə düşdü


Türkiyə milliisinin futbolçusu Arda Gülər Avropa çempionatlarının tarixinə düşüb.

"Real"ın (Madrid) üzvü qitə turnirləri tarixində çıxdığı ilk oyunda qol vuran ən gənc oyunçu (19 yaş 114 gün) adını qazanıb.

O, bu uğura Gürcüstanla keçirilən matçda komandasının ikinci qolunu vurmaqla nail olub.

A.Gülər portuqaliyalı Kriştiano Ronaldunun AVRO-2004-dəki rekordunu (19 yaş 128 gün) yeniləyib.

Qeyd edək ki, AVRO-2024-ün F qrupunun matçında Türkiyə Gürcüstan yığmasına 3:1 hesabı ilə qalib gəlib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 216}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22