fim.az

Marketdə qadının çantasını oğurlayan şəxs tutulub – FOTO

25-01-2019, 12:46

Marketdə qadının çantasını oğurlayan şəxs tutulub – FOTO
















Nərimanov rayonunda yerləşən marketlərdən birində xanım müştərinin əl çantası oğurlanıb.

Bu barədə zərərçəkən rayon polis idarəsinin 18-ci Polis Şöbəsinə müraciət edərək içərisində 250 manat olan çantasının naməlum şəxs tərəfindən oğurlandığını bildirib. Şöbə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən, Tərtər rayon sakini Faniz Səfərov saxlanılıb. Qeyd edək ki, saxlanılan şəxsin mağazada törətdiyi oğurluq əməli obyektin təhlükəsizlik kameraları vasitəsilə lentə alınıb. Saxlanılan şəxs ifadəsində etdiyi cinayəti etiraf edib.

Faktla bağlı Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsində saxlanılan şəxs barəsində inzibati protokol tərtib olunub və onun barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 1 ay müddətinə inzibati həbs seçilib.

Polis əməkdaşları oğurluq etməkdə şübhəli bilinən bu şəxsin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Nərimanov RPİ və ya 18-ci PŞ-nə müraciət edə bilərlər.

Marketdə qadının çantasını oğurlayan şəxs tutulub – FOTO

Marketdə qadının çantasını oğurlayan şəxs tutulub – FOTO


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 425}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22