fim.az

Baloğlan Əşrəfova efir qadağası qoyulub

18-07-2018, 14:39

Baloğlan Əşrəfova efir qadağası qoyulub
















Müğənni Baloğlan Əşrəfov efirlərə çıxmır.

Oxu.az xəbər verir ki, bir neçə kanaldan müğənnini qonaq qismində dəvət etsələr də, sənətçi gələ bilməyəcəyini deyib.

O bildirib ki, sentyabr ayına qədər efirə çıxmağına qadağa qoyulub. Əşrəfovun dediyinə görə, sentyabr ayında konsert verəcək, konsertin təşkilatçısı Samir Xəttab isə müğənniyə efirlərə çıxmamağı tapşırıb.

Məsələ ilə bağlı Samir Xəttabla əlaqə saxladıq. Təşkilatçı bildirdi ki, məlumat doğrudur: "Sentyabr ayının 8-də Baloğlan Əşrəfovun konserti baş tutacaq. Müqaviləmizə və qarşılıqlı razılaşmaya əsasən, konsertə qədər efirə çıxması və mahnı oxuması qadağandır. Əgər hər hansı bir vacib məqam yaranarsa, razılaşarıq, çıxış edər. Bu kimi qadağalar dünya praktikasında hər zaman icra edilib”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 428}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22