fim.az

Ramiz Əzizbəyli dəfn olunub - YENİLƏNİB

10-06-2021, 14:03

Ramiz Əzizbəyli dəfn olunub - YENİLƏNİB


Azərbaycanın Xalq artisti, kinorejissor Ramiz Əzizbəyli dəfn edilib.

Mərhum “Qrud qapısı” qəbirstanlığında torpağa tapşırılıb.

***

Azərbaycanın Xalq artisti, kinorejissor Ramiz Əzizbəyli ilə vida mərasimi başa çatıb.

Mərasimdə Xalq artisinin ailə üzvləri, yaxınları və sənət dostları iştirak edib.

Mərhum Bakının "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.

***

Ötən gün vəfat edən Xalq artisti, kinorejissor Ramiz Əzizbəyli ilə vida mərasimi başlayıb.

Mərhumun nəşi xəstəxanadan götürülərək yaşadığı evə gətirilib.

Xalq artistinin yaşadığı binanın həyətində keçirilən mərasimdə R.Əzizbəylinin ailə üzvləri, yaxınları və sənət dostları iştirak edirlər.

Qeyd edək ki, R.Əzizbəyli uyunun 9-da Zığ qəsəbəsində yerləşən koronavirus xəstələrinin müalicə aldığı modul tipli hospitalda dünyasını dəyişib.

Xatırladaq ki, Ramiz Əzizbəyli 1948-ci il iyulun 20-də Bakı şəhərində anadan olub.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 94}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:0705114400