fim.az

“Yalnız bu halda koronavirusdan qoruna bilərsiniz” - ÜST

9-08-2021, 11:58

“Yalnız bu halda koronavirusdan qoruna bilərsiniz” - ÜST


"Yalnız peyvənd insanı koronavirusun mutasiyalarından qoruya bilir".
"Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi Melita Vuynoviç "Rossiyskaya qazeta"ya açıqlamasında bildirib.

ÜST rəsmisi deyib ki, yüksək immunizasiya tədbirləri nəticəsində xəstəxanalarda, reanimasiya şöbələrində olan insanların sayı azalıb.

M.Vuynoviç əlavə edib ki, hazırda ÜST virusunun yayılması fonunda yeni infeksiya növlərini izlənilir: "İndi təşkilat "lambda" növünün "Delta" ştammını sıxışdırıb çıxardığını və nəticədə sonuncu "Alfa" növünün əvəz etdiyini müşahidə edir".

Qeyd edək ki, koronavirusun "lambda" variantı ilk dəfə 2020-ci ildə Peruda aşkarlanıb. Bu variant iyul ayı ərzində Cənubi və Şimali Amerikanın 30-dan çox ölkəsində yayılıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 237}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22