fim.az

Goranboylu Ukraynada prezidentliyə namizəd oldu

17-01-2019, 11:39

Goranboylu Ukraynada prezidentliyə namizəd oldu
















Ukraynada yaşayan, azərbaycanlı, əslən Goranboy rayonundan olan Roman Nəsirov prezidentliyə namizədliyini irəli sürüb.
Ukrayna parlamentinin keçmiş deputatı olan Nəsirov artıq sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edib. Roman Nəsirov Fiskal Xidmətin keçmiş rəisi olsa da, korrupsiya əməlinə görə bu vəzifədən uzaqlaşdırılıb. Vəzifədən uzaqlaşdırıldıqdan sonra Nəsirov həbs də edilib.

Bununla belə, Nəsirov Ukraynada keçiriləcək prezident seçkilərində bəxtini sınamaq qərarına gəlib. Seçkilər isə 31 mart tarixində keçiriləcək.
Qeyd edək ki, Roman Nəsirov Ukraynada azərbaycanlıların diaspor və yaxud milli özfəaliyyətində iştirak etmir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 367}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22