fim.az

Eldar Əzizov Bakıda mer seçkilərinin keçirilməsi təklifinə münasibət bildirib

2-03-2019, 09:13

Eldar Əzizov Bakıda mer seçkilərinin keçirilməsi təklifinə münasibət bildirib















Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Bakıda və digər böyük şəhərlərdə mer seçkilərinin keçirilməsi ilə bağlı təkliflərə münasibət bildirib.

“Report”un xəbərinə görə, E.Əzizov deyib ki, hazırki struktur daha səmərəli fəaliyyət göstərir.

Onun sözlərinə görə, bu məsələ Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətində olan məsələ deyil: “Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinat qanunvericiliklə tənzimlənir. Konstitusiya görə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı prezidentin səlahiyyətli nümayəndəsi kimi çıxış edir. Bu, bir institutdur, meriya isə başqa institutdur. Hərəsinin öz üstünlüyü var. Hər iki institutun zəif yerləri də var. Hesab edirəm ki, hazırkı struktur daha səmərəli işləyir. Bütün ehtiyatlardan yaxşı istifadə edilərsə, nəticə əldə etmək olar”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 380}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22