fim.az

İlham Əliyev Yaponiyanın yeni seçilmiş baş nazirini təbrik etdi

17-09-2020, 11:41

İlham Əliyev Yaponiyanın yeni seçilmiş baş nazirini təbrik etdi


Prezident İlham Əliyev Yaponiyanın Baş Naziri Yoşihide Suqaya təbrik məktubu ünvanlayıb.
AZƏRTAC xəbər verir ki, məktubda deyilir:

“Yaponiyanın Baş Naziri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Biz Yaponiya ilə dostluq və əməkdaşlıq münasibətlərimizin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk. İnanıram ki, ölkələrimiz arasındakı əlaqələrin daha da möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi üçün birgə səylər göstərəcəyik.

Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, dost Yaponiya xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 373}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22