fim.az

Dövlət başçısı: "Bu zəfər Azərbaycanın müxtəlif guşələrində uyuyan qardaş türk şəhidlərinin ruhunu şad edir"

10-12-2020, 13:22

Dövlət başçısı: "Bu zəfər Azərbaycanın müxtəlif guşələrində uyuyan qardaş türk şəhidlərinin ruhunu şad edir"


“Müzəffər Ordumuz tarixi qələbə qazandı və Ermənistan tərəfindən torpaqlarımızın 30 ilə yaxın davam edən işğalına son qoydu”.
Report xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidənin Xatirə kitabında yazıb.

“Şəhidlərimizin qanı və canı bahasına əldə olunan bu zəfər Azərbaycanın müxtəlif guşələrində uyuyan qardaş türk şəhidlərinin ruhunu şad edir. Azərbaycan xalqı türk şəhidlərinin şücaətini, tarixi xidmətlərini yüksək qiymətləndirir və həmişə onların xatirəsini uca tutacaqdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”, - Prezident əlavə edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 279}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22