fim.az

Türkiyəni Güney Qafqazda görməyə məmnun olmasalar da... - MƏCBURDURLAR!

29-11-2023, 14:22

Türkiyəni Güney Qafqazda görməyə məmnun olmasalar da... - MƏCBURDURLAR!


Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Ankaraya gedərək Türkiyə xarici işlər nazirinin müavini Burak Akçaparla Cənubi Qafqazda sabitlik və əməkdaşlıq məsələlərini müzakirə etməsi Brüsselin Türkiyənin bölgədə oynadığı rola verdiyi dəyərdən irəli gəlir. Moskvadan sonra Brüssel də Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsini qəbul edib və buna mane olacaq gücdə deyil. ABŞ-ın Ankara ilə münasibətlərində sualların sayı azalmasa da, Vaşinqton da Türkiyənin Cənubi Qafqazda mühüm oyunçu statusu ilə razılaşıb. Dövlət katibi Entoni Blinkenin Bakıya zəng etməsi səbəblərindən biri də Cənubi Qafqazda Türkiyə-Azərbaycan tandeminin gücünü hər keçən gün artırmasıdır.

Müəllif: Azər Fikrətoğlu


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 133}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:070 511 44 00