fim.az

Şəhid olmamışdan əvvəl oxudu və ... - Kamil Zeynallı VİDEO PAYLAŞDI

19-11-2020, 10:55

Şəhid olmamışdan əvvəl oxudu və ... - Kamil Zeynallı VİDEO PAYLAŞDI


Tanınmış idmançı və sosial şəbəkə fenomeni Kamil Zeynallı şəhid gizir Yusifzadə Xudayar Müslüm oğluyla fotosunu və müharibədə çəkilmiş videonu paylaşıb.
Zeynallı şəhid haqqında bu sözləri yazıb:

"Sən necə də gözəl insan imişsən, necə nurlu üzün, siman, gözəl səsin, avazın, söhbətlərin varmış. Ömrüm boyu unutmaram sənin mənə təşəkkürünü, unutmaram sənin batıq yanaqlarını, əziz qardaşım. Allah qismət eləsin, səninlə axirətdə görüşüm, şəhidim. Mən ölümü ona görə sevirəm ki, o biri dünyada sənin kimi qardaşlarımla görüşəcəm, əgər qismətim olsa... Görüşmək ümidi ilə, Allah sənə də, mənə də rəhm və rəhmət eləsin, əziz qardaşım".

Qeyd edək ki, gizir Yusifzadə Xudayar Müslüm oğlu Vətən müharibəsində Kəlbəcərin Murov yüksəkliyi uğrunda, həmçinin Füzuli, Qubadlı, Cəbrayıl Zəngilan uğrunda döyüşlərdə iştirak edib. Zəngilanın Ağbənd kəndindəki dğyüşlərdə isə şəhidlik zirvəsinə ucalıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 404}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22