fim.az

Almaniyada ordumuzun tarixi qələbəsi münasibəti ilə aksiya keçirilib - FOTO

27-11-2020, 09:25

Almaniyada ordumuzun tarixi qələbəsi münasibəti ilə aksiya keçirilib - FOTO


Almaniyada Azərbaycanın əldə etdiyi tarixi qələbə münasibətilə aksiya keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən "Ölkə.Az"a verilən məlumata görə, Almaniyanın Düsseldorf şəhərində Şimali Reyn Vestifaliya parlamentinin binası qarşısındakı aksiya Azərbaycan ordusunun tarixi qələbəsi münasibəti ilə Ali Baş Komandan İlham Əliyevə və müzəffər ordumuza dəstək məqsədilə keçirilib.

Aksiya Alman-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə 22 noyabr tarixində baş tutub.

Aksiya iştirakçıları təcavüzkar Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxarılmasını böyük sevinc hissi ilə qarşıladıqlarını bildiriblər. Soydaşlarımız bu sevinci onlara yaşatdıqlarına görə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və rəşadətli Azərbaycan ordusuna minnətdarlıqlarını ifadə ediblər.

Aksiyada hər zaman Azərbaycanın yanında olan qardaş Türkiyəyə də təşəkkür edilib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 309}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22