fim.az

SON DƏQİQƏ: Pakistanla Hindistan ordusu arasında DƏHŞƏTLİ DÖYÜŞ, çox sayda ölü var

27-12-2019, 11:37

Pakistan – Hindistan sərhədində şiddətli toqquşma baş verib.

Turkustan.info Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə Pakistan ordusundan məlumat verilib. Bildirilib ki, hindistanlı əsgərlərin Kəşmir bölgəsindəki Hacı Pir nəzarət məntəqəsini atəşə tutması nəticəsində iki pakistanlı hərbçi həlak olub. Açıqlamaya görə, cavab atəşi nəticəsində Hindistana məxsus hərbi məntəqə yerlə bir edilib. Nəticədə 3 əsgər həlak olub.

Hindistan ordusu isə atəşkəsin pozulmasına görə, qarşı tərəfi ittiham edib. Atışma zamanı daha bir dinc insanın həlak olduğu bildirilir. Toqquşma zamanı hər iki tərəf ağır silahlardan istifadə edib. Hazırda sərhəddə ara-sıra silah səsləri eşidilir. /Publika.az/


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 329}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22