fim.az

SON DƏQİQƏ: Türkiyə ordusundan DƏHŞƏTLİ HÜCUM – Onlarla hərbçi öldürüldü

13-02-2020, 14:24

SON DƏQİQƏ: Türkiyə ordusundan DƏHŞƏTLİ HÜCUM – Onlarla hərbçi öldürüldü


Türkiyə ordusunun əməliyyatları nəticəsində Suriya rejiminin daha 55 əsgəri həlak olub.

Bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb. Açıqlamaya görə, əməliyyatlar Suriya qüvvələrinin Türkiyə ordusunun mövqelərinə endirdiyi top atışlarına cavab olaraq təşkil edilib. Bildirilib ki, hücum zamanı Suriya ordusuna məxsus bir neçə hədəf yerlə bir edilib.

Qeyd edək ki, Suriya qüvvələrinin İdlibdə yerləşən Türkiyə ordusuna məxsus müşahidə məntəqələrini atəşə tutması nəticəsində ümumilikdə 12 hərbçi həlak olub. Cavab hücumları nəticəsində ümumilikdə 300-dən çox suriyalı hərbçi zərərsizləşdirilib. /Publika.az/


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 370}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22