fim.az

Türkiyədə bayramdan sonra yoluxma sayı artdı

5-08-2020, 12:30

Türkiyədə bayramdan sonra yoluxma sayı artdı


Türkiyədə Qurban bayramından sonra yoluxmaların sayında artım müşahidə olunub. Bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca tvitter hesabında açıqlama verib.

“Yeni yoluxma sayında ciddi artım müşahidə olunur. İki gün arasında olan fərq, son zamanlarda ilk dəfə bu qədər aydındır. Bayram və tətildə yaranmış sıxlıqların ağır nəticələrə yol açmasının qarşısını almalıyıq. Hamımız bir-birimizə görə məsuliyyət daşıyırıq. Tədbirlərdə birliyə ehtiyacımız var”,- deyə nazir vurğulayıb.

Mütəxəssislər yoluxma hallarının xüsusilə istirahət zonalarında artdığını və yaxın gələcəkdə bu halların böyük şəhərlərə keçəcəyini bildirib. Elmi Komitə üzvü, prof. dr. Tevfik Özlü tətil zamanı ortaya çıxan bir çox görüntünün üzücü olduğunu bildirib:

“Yaxın günlərdə və həftələrdə yeni yoluxma hallarının sayında ciddi artım olacaq. Tətil dövründə ciddi bir sıxlıq var idi və vətəndaşlar təəssüf ki, lazımi xəbərdarlıqlara qulaq asmadılar. Tətildən qayıdan vətəndaşlarımız çox diqqətli olmalı, ən kiçik bir simptom olduğu təqdirdə tibbi qurumlara müraciət etməlidirlər”.

Rəsmilər vəziyyət kəskinləşəcəyi təqdirdə məhdudiyyətlərin bərpa oluna biləcəyini açıqlayıb.

Qeyd edək ki, Türkiyədə bu günə qədər 234 min 934 nəfər koronavirusa yoluxub 5 765 nəfər isə xəstəlik səbəbindən həyatını itirib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 359}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22