fim.az

Müsəlman ölkələri Fransanın anti-islam münasibətinə qarşı birləşdi: “Makron bunun əvəzini ağır ödəyəcək”

28-10-2020, 14:00

Müsəlman ölkələri Fransanın anti-islam münasibətinə qarşı birləşdi: “Makron bunun əvəzini ağır ödəyəcək”


Fransalı səlahiyyətlilərin İslam əleyhinə açıqlamalarına reaksiyalar artmaqdadır. Bir çox müsəlman ölkəsi Fransaya qarşı birləşib.
Oxu.az məlumat verir ki, Fransaya ən böyük reaksiyanı Türkiyə verib.

Bundan əlavə, Banqladeşdə təxminən 40 min etirazçı Fransa mallarını baykot etmək çağırışı ilə Dəkkədə Fransa səfirliyinə doğru yürüş edib. Onlar “Makron bunun əvəzini ağır ödəyəcək” şüarı ilə Fransa Prezidenti Emmanuel Makronun cəzalandırılmasını tələb ediblər.

Eyni zamanda, Pakistanda, Seneqalda, Omanda, Əlcəzairdə, Fələstində, İranda, Malayziyada və Səudiyyə Ərəbistanında da Fransa mallarını baykot etmək çağırışı ilə etirazlar baş verib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 413}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22