fim.az

Xarici zəvvarların Kəbəyə ümrə ziyarətləri başladı

5-11-2020, 11:36

Xarici zəvvarların Kəbəyə ümrə ziyarətləri başladı


Koronavirus tədbirləri çərçivəsində 8 ay müddətinə xarici vətəndaşlar üçün dayandırılan ümrə ziyarətləri yenidən başlayıb.

Bu barədə Səudiyyə Ərəbistanının Həcc və Umrə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İndoneziya və Pakistandan gələn ziyarətçilər noyabrın 1-də ölkəyə çatıb və üç gün karantində qaldıqdan sonra Kəbəyə üz tutublar.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı 4 oktyabr tarixindən ölkə vətəndaşları üçün ümrə ziyarətlərinə yenidən başlamışdı.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı 29 sentyabrda ümrə ziyarətləri üçün bəzi tədbirlərin görüləcəyini açıqlamışdı. Belə ki, koronavirus tədbirləri çərçivəsində Kəbə və Həcərül-Əsvədin ətrafına qoyulmuş barrikadaların orada qalmağa davam edəcəyi, ziyarətçilərin Kəbə və Həcərül- Əsvədə yaxınlaşmasına və onlara toxunmasına icazə verilməyəcəyi, həmçinin Kəbənin yerləşdiyi Məscidül-Həramın gündə 10 dəfə dezinfeksiya ediləcəyi bildirilmişdi.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 269}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22