fim.az

Makronun Sisiyə gizli şərəf nişanı verdiyi ortaya çıxdı

10-12-2020, 11:42

Makronun Sisiyə gizli şərəf nişanı verdiyi ortaya çıxdı


Bir neçə gün öncə Fransaya rəsmi səfər edən Misir Prezidenti Əbdül- Fəttah əs-Sisiyə şərəf nişanı olan “Legion d'Honneur” fəxri medalının verildiyi məlum olub.

Məlumat “Quotidien” adlı proqramın aparıcısı Yann Barthesin tərəfindən yayılıb. O, sözügedən təqdimatın Fransa mətbuatından gizlədildiyini, məlumatın Misir Prezidentinin portalında dərc edildiyini bildirib.

Aparıcı Makronun mətbuatla paylaşdığı rəsmi proqramına daxil olmayan mərasimin görüntülərinin yalnız Sisinin operatoru tərəfindən lentə alındığını deyib.

Qeyd edək ki, Sisinin Fransaya səfəri, qırmızı xalçada qarşılanması Parisdə etirazla qarşılanmışdı.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 301}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22