fim.az

Fransa İngiltərəyə uçuşları bərpa edir

23-12-2020, 10:42

Fransa İngiltərəyə uçuşları bərpa edir


Fransa daha sürətli yayılan yeni bir koronavirus növünün ortaya çıxmasından sonra Böyük Britaniyaya səyahət məhdudiyyətini ləğv edib.

Bu barədə Fransanın Nəqliyyat Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, iki ölkə arasında hava, dəniz və dəmir yolu nəqliyyatının dekabrın 23-ü səhər saatlarında bərpa olunmasını nəzərdə tutan protokol imzalanıb.

İngiltərədən Fransaya səyahət etmək istəyən hər kəs son 72 saat ərzində “COVID-19” testi verməlidir. Nəticəsi neqativ olan sənəd təqdim edə bilməyənlərin nəqliyyat vasitələrinə minmələrinə icazə verilmir.

Milliyyətindən asılı olmayaraq, bütün yük maşını sürücülərindən də sürətli nəticə verən testlər götürüləcək.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 273}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22