fim.az

Paşinyanla İran prezidenti İbrahim Rəisi görüşüb

17-09-2021, 13:05

Paşinyanla İran prezidenti İbrahim Rəisi görüşüb


Tərəflər yükdaşımalar və Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.
Ermənistan baş naziri Nikol Paşinyan KTMT sammiti çərçivəsində İran prezidenti İbrahim Rəisi ilə Düşənbədə görüşüb.

“Ölkə.Az” “sputnikarmenia”ya istinadən xəbər verir ki, tərəflər Cənubi Qafqazda gedən prosesləri, o cümlədən İranla Ermənistan arasındakı gələcək əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Tərəflər eyni zamanda fasiləsiz yükdaşımaların təmin edilməsi məsələsini də müzakirə ediblər.

İran prezidenti görüş zamanı qonşularla əlaqələrin inkişaf etməsinə böyük önəm verdiyini qeyd edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 239}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22