fim.az

Makron Kiyevə səfərə gedir

11-06-2022, 09:00

Makron Kiyevə səfərə gedir


Gələn həftə Fransa prezidenti Emanuel Makronun Kiyevə səfəri gözlənilir

Bu barədə “Le Figaro” qəzeti yazır.

Xəbər verildiyi kimi, Fransa Ukraynaya əlavə altı yeni “Sezar” özüyeriyən silahın təhvil verilməsi imkanını öyrənir. Mətbuat Makronun Ukraynaya səfəri zamanı ikinci partiyanın transferini elan edə biləcəyini irəli sürür.

Müharibədən əvvəl Fransa ordusunda cəmi 76 “Sezar” özüyeriyən silahı olub. Bundan öncə də Fransa Ukraynaya bu silahdan verib. Daha 6 avtomobil Ukraynaya təhvil verilərsə, bu, bütün fransız “Sezar”larının 16%-ni təşkil edəcək.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 261}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22