fim.az

Ağsuda mikroavtobus aşıb — Yaralılar var

9-01-2020, 09:13

Ağsuda mikroavtobus aşıb — Yaralılar var


Ağsu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

 APA xəbər verir ki, hadisə Ağsu-Kürdəmir yolunda, Muradlı kəndi ərazisində qeydə alınıb. 1991-ci il təvəllüdlü Novruz Feyzullayev idarə etdiyi UU-952-UG Gürcüstan nömrə nişanlı, "Ford Tranzit" markalı sərnişin mikroavtobusu idarəetmədən çıxaraq aşıb.

Nəticədə sürücü və sərnişini, 1982-ci il təvəllüdlü Mahir Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Ağsu Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, Novruz Feyzullayev mikroavtobusla çörək daşıyırmış.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 298}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22