fim.az

Putin İlham Əliyevi yubileyi münasibəti təbrik etdi

24-12-2021, 12:39

Putin İlham Əliyevi yubileyi münasibəti təbrik etdi


Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi 60 illik yubileyi münasibətilə təbrik edib.

Təbrik mətni Kremlin rəsmi saytında dərc olunub.

“Hörmətli İlham Heydər oğlu, 60 illik yubileyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Siz hətta ən mürəkkəb vəziyyətlərdə belə balanslı, uzaqgörən qərarlar qəbul etməyə qadir olan müdrik və təcrübəli dövlət xadimi kimi həmvətənləriniz arasında və beynəlxalq arenada layiqli nüfuza sahibsiniz. Sizin rəhbərliyinizlə Azərbaycan iqtisadi, sosial və digər sahələrdə hamı tərəfindən qəbul edilmiş uğurlara imza atmışdır.

Sizinlə yoldaşlıq münasibətlərimizi yüksək qiymətləndirirəm. Sizinlə konstruktiv, hərtərəfli dialoqu və Rusiya-Azərbaycan strateji tərəfdaşlığının daha da inkişaf etdirilməsi, eləcə də regional sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi maraqları naminə sıx birgə işi davam etdirməkdən şad olaram.

Sizə səmimi qəlbdən cansağlığı, firavanlıq və uğurlar arzulayıram. Fürsətdən istifadə edib ailənizə ürəkdən salamlarımı çatdırmaq istərdim.

Hörmətlə, Vladimir Putin”, - məktubda qeyd edilir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 364}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22