» » Kürdəmir şəhər sakinləri ilə səyyar görüş-qəbul keçirilib

Kürdəmir şəhər sakinləri ilə səyyar görüş-qəbul keçirilib

Kürdəmir şəhər sakinləri ilə səyyar görüş-qəbul keçirilib
















Martın 7-də Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun Kürdəmir şəhərinin sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilib.
Görüşdə rayon icra hakimiyyətinin məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.
Görüşdə giriş nitqi ilə çıxış edən Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar, o cümlədən minimum əməkhaqlarının və pensiyaların, tələbələrin təqaüdlərinin, müharibə veteranlarına, şəhid ailələrinə verilən müavinətlərin əhəmiyyətli dərəcədə artırılması, eyni zamanda problemli kreditlər sahəsində vətəndaşların maliyyə yükünün azaldılması və müavinətlərin artırılması istiqamətində həyata keçirilən tədbirlər, verilmiş mühüm göstərişlər əhalinin rifah halının yüksəldilməsinə xidmət edir. Ceyhun Cəfərov vurğulayıb ki, ölkə rəhbəri bir başa problemləri şəxslərin özündən eşidib, vətəndaşları narahat edən məsələlərin operativ həlli istiqamətində lazımi tədbirlərin görülməsini tapşırır.
Səyyar qəbulda iştirak edən şəhər sakinləri-ziyalı Tofiq Baloğlanov, ağsaqqal Təzəxan Ağayev, təqaüdçü Malik Cəfərov və digərləri çıxış edərək ərazi vahidliyində görülmüş işlər və həyata keçirilən tədbirlər barədə danışıblar. Şəhər sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.
Qəbulda şəhər sakinlərinin təbii qaz, su təchizatı, sosial obyektlərin tikintisi, yol, təhsil, mədəniyyət, məşğulluq və digər məsələlər ilə əlaqədar təklifləri və şikayətləri diqqətə çatdırılıb, onların hər biri barədə aidiyyatı təşkilatların rəhbərinə tapşırıqlar verilib, qaldırılmış məsələlərin çoxu elə qəbul zamanı öz həllini tapmışdır.
Sonda Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov görüşdə qaldırılan təkliflərin tezliklə həyata keçiriləcəyini əminliklə qeyd edərək, cari məsələlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.

Kürdəmir şəhər sakinləri ilə səyyar görüş-qəbul keçirilibKürdəmir şəhər sakinləri ilə səyyar görüş-qəbul keçirilib
Oxşar xəbərlər
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Mədəniyyət