» » Muradxan kəndində növbəti səyyar-qəbul görüş keçirilib

Muradxan kəndində növbəti səyyar-qəbul görüş keçirilib

Muradxan kəndində növbəti səyyar-qəbul görüş keçirilib
















Aprelin 11-də Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun rayonun Muradxan kəndində növbəti səyyar qəbul-görüşü keçirilib.
Qəbulda rayon icra hakimiyyətinin məsul işçiləri, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, Muradxan kənd inzibati ərazi dairəsinə daxil olan Sor-Sor, Muradxan və Çöl-Ərəb kəndlərinin sakinləri iştirak ediblər.
Kürdəmir rayonunda görülmüş işlər barədə geniş məlumat verən rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov rayonun Muradxan kənd inzibati ərazi vahidliyində də xeyli abadlıq, quruculuq, təmir-bərpa işlərinin aparıldığını, bütün potensial imkanlar nəzərə alınmaqla bir çox layihələrin uğurla icra olunduğunu, sakinlər tərəfindən qaldırılan problemlərin həlli istiqamətində daim tədbirlərin görüldüyünü diqqətə çatdırdı. Rayon rəhbəri vurğulayıb ki, Karrar qəsəbə-Pirili-Muradxan-Sor-Sor avtomobil yolunun tikintisi ilə vətəndaşların gediş-gəlişi, yük və sərnişin daşınması daha da asanlaşacaq, ən əsası bölgədə kənd təsərrüfatının inkişafında geniş imkanlar yaradacaqdır.
Səyyar qəbulda iştirak edən kənd sakinləri çıxış edərək kəndə gələn su kanallarının təmizlənməsi, kənddaxili yolların təmir olunması , ünvanlı sosial yardımın verilməsi, kənd təsərrüfatı, örüş sahəsinin ayrılması, torpaq məsələləri və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş ediblər. Bütün bunlar nəzərə alınaraq qaldırılan məsələlərin həll olunması üçün rayon İcra Hakimiyyətinin Başçısı yerindəcə aidiyyatı təşkilatların rəhbərlərinə göstəriş və tapşırıqlarını verdi.
Kənd sakinləri öz çıxışlarında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətini yekdilliklə bəyəndiklərini, eləcə də Respublikamızda diqqəti cəlb edən sosial-iqtisadi inkişafdan böyük fəxr duyduqlarını dərin razılıq hissi ilə bildirmiş, dövlət başçımızın Kürdəmir rayonuna göstərdiyi xüsusi diqqət və qayğını yüksək qiymətləndiriblər. Kənd sakinləri Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən inşa edilən Karrar qəsəbə - Pirili – Muradxan - Sor Sor avtomobil yolunun tikintisinə və Muradxan kəndinə təbii qazın verilməsinə görə ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər.
Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov görüşdə qaldırılan təkliflərin tezliklə həyata keçiriləcəyini əminliklə qeyd edərək, cari məsələlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.
Muradxan kəndində növbəti səyyar-qəbul görüş keçirilibMuradxan kəndində növbəti səyyar-qəbul görüş keçirilibMuradxan kəndində növbəti səyyar-qəbul görüş keçirilib
Oxşar xəbərlər
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Mədəniyyət