fim.az

Çempionlar Liqasında qrup mərhələsinin oyunlarına yekun vurulacaq – AFİŞA

12-12-2018, 11:58

Çempionlar Liqasında qrup mərhələsinin oyunlarına yekun vurulacaq – AFİŞA
















Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin oyunlarına yekun vurulacaq.

“Report” xəbər verir ki, VI turun sonuncu oyun günündə 8 qarşılaşma keçiriləcək.

Turnirin son qalibi “Real Madrid” İspaniyada Rusiya MOİK-ni sınağa çəkəcək. Qrupun digər matçında isə Çexiyanın “Viktoriya” (Plzen) kollektivi İtaliya “Roma”sını qəbul edəcək. İspanlar və italyanlar öncədən növbəti mərhələni təmin edib. Digər iki komanda isə bu turda Avropa Liqasına vəsiqə qazanmaq üçün mübarizə aparacaq.

1/8 finalı daha öncədən təmin edən digər komanda İngiltərənin “Mançester Siti” klubu evdə Almaniya “Hoffenhaym”ı ilə münasibətlərə aydınlıq gətirəcək. Qrupun digər oyununda növbəti mərhələyə iddialı iki komanda üz-üzə gələcək. Ukrayna “Şaxtyor”u evdə Fransa “Lion”unu məğlub edərək pley-offa yüksəlməyə çalışacaq. Fransızlara isə növbəti mərhələ üçün ən azı bir xal bəs edir.

E və H qruplarında 1/8 finalçılar və Avropa Liqasında mübarizə aparacaq komandalar əvvəlcədən müəyyənləşib.

12 dekabr

Çempionlar Liqası, VI tur

E qrupu

00:00. Benfika” (Portuqaliya) – AEK (Afina, Yunanıstan)

00:00. “Ayaks”(Hollandiya) – “Bavariya” (Almaniya)

Xal durumu: “Bavariya” – 13, “Ayaks” – 11, “Benfika” – 4, AEK – 0.

F qrupu

00:00. “Mançester Siti” (İngiltərə) – “Hoffenhaym” (Almaniya)

00:00. “Şaxtyor” (Donetsk, Ukrayna) – “Lion” (Fransa)

Xal durumu: “Mançester Siti” – 10, “Lion” – 7, “Şaxtyor” – 5, “Hoffenhaym” – 3.

G qrupu

21:55. “Real Madrid” (İspaniya) – MOİK (Moskva, Rusiya)

21:55. “Viktoriya” (Plzen, Çexiya) – “Roma” (İtaliya)

Xal durumu: “Real Madrid” – 12, “Roma” – 9, “Viktoriya” – 4, MOİK – 4.

H qrupu

00:00. “Valensiya” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə)

00:00. “Yanq Boyz” (İsveçrə) – “Yuventus” (İtaliya)

Xal durumu: “Yuventus” – 12, “Mançester Yunayted” – 10, “Valensiya” – 5, “Yanq Boyz” – 1.

Ötən gecə Çempionlar Liqasında 1/8 finala daha 3 vəsiqənin sahibi müəyyənləşib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 438}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22