fim.az

“Qarabağ”ın sabiq futbolçusu yaşamaq üçün pul tapmır

27-11-2019, 14:21

“Qarabağ”ın sabiq futbolçusu yaşamaq üçün pul tapmır


Latviya millisinin sabiq futbolçusu, bir vaxtlar Azərbaycanda “İnter” (indiki “Keşlə), “Qarabağ” və “Simurq”da oynamış Andrey Rubins ağır vəziyyətdə yaşayır.

Bu haqda “Metta” futbol klubunun baş katibi Qirts Mixelsons sosial şəbəkə hesabında məlumat yayıb. O, Rubinsin yemək almaq üçün pul tapa bilmədiyini yazıb: “Onun millidəki əla karyerasından sonra həyatı enişə doğru getdi. Bir neçə klub və dostları Andreyin əməliyyat olunmasına yardım etdilər. Hazırda bizim Rubins yaşamaq üçün pul tapa bilmir”.

Mixelsons “Twitter”də sabiq futbolçunun bank hesabının nömrəsini də yazaraq, ona yardım edilməsini xahiş edib.

41 yaşlı keçmiş vinger Latviya millisində ən çox oyun keçirən (117 matç, 10 qol) iki futbolçudan biridir. O, AÇ-2004-ün final mərhələsinin iştirakçısı olub.

Rubins “Skonto”, “Spartak” (Moskva), “Kristal Pelas” kimi klublarda çıxış edib. O, 2008-ci ildə ölkəmizə gəlib. Veteran oyunçu “İnter”, “Qarabağ” və “Simurq”da oynayıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 388}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22